İsrailin Yüksək Liqa klubu "Kəpəz"dən ayrılan fubolçunu almaq istəyir

İsrailin Yüksək Liqa klubu "Kəpəz"dən ayrılan fubolçunu almaq istəyir

Mövsüm başa çatan kimi "Kəpəz"i tərk edən Nicat Süleymanov ölkə xaricində çıxış edə bilər.

mediasport.az saytına daxil olan məlumata görə, Gəncə təmsilçisi ilə müqaviləsi sona çatmış futbolçu İsrailə yollanmağa hazırlaşır.

25 yaşlı yarımmüdafiəçi ilə bu ölkənin Yüksək Liqa təmsilçisi "Aşdod" maraqlanır. 2021-ci ildən yeni başa çatmış sezona qədər qərb klubunda forma geyinmiş Nicat yekun qərarını bugünlərdə verəcək. "Qarabağ" və "Zirə"nin keçmiş futbolçusunu "Sumqayıt" da heyətinə qatmağa çalışır.

Tarixə qovuşmuş “Bakı”nın yetirməsi “Turan Tovuz”un da uğurları üçün çalışıb.

Qeyd edək ki, Yusif Nəbiyev, Mario Mustapiç, Salif Sisse, Zamiq Əliyev (icarə müddəti bitdiyi üçün "Qarabağ"a geri dönüb-red.), Samir Məhərrəmli və Fərid Nəbiyev "Kəpəz"i tərk edib. Əhməd Ayzayanın "Zirə"yə geri dönəcəyi deyilir, Abdullahi Şuaybunun "Səbail"ə keçmək ehtimalı var, Giorgi Kantariya ilə Mate Kvirkiya isə özlərinə klub axtarır.