VİDEO: Polşa mətbuatı millimizin futbolçusunu "yıxıb-sürüdü"

VİDEO: Polşa mətbuatı millimizin futbolçusunu "yıxıb-sürüdü"

Polşa mətbuatı mövsümün əvvəlində Yüksək Liqa (Ekstraklasa) təmsilçisi "Radomiak"la müqavilə bağlayan Rahil Məmmədovun yeni klubunda çıxışını sərt tənqid edib.

Mediasport.az xəbər verir ki, yerli "weszlo.com" saytı Azərbaycan millisinin müdafiəçisinin çox zəif olduğunu yazıb.

Portalda 29 yaşlı futbolçunun çempionatın son turunun "Vidzev"lə görüşündə yersiz penaltiyə səbəb olması haqda məaqlə dərc edilib:

"Əlbəttə, Rahil Məmmədov Polşa stadionlarında izlədiyimiz ən zəif müdafiəçilərdən biridir. O, ötən mövsüm LKS-də (Lodz) xüsusi nə iləsə yadda qalmadı və klubu aşağı liqaya düşdü. Rahil isə “Radomiak”la müqavilə bağlayaraq Elitada oynamağa davam etdi. "Vidzev"lə son matçda Məmmədov axmaq penaltiyə səbəb oldu. Belə müdafiə oyunu ilə “Radomiak” üçün uğurlu mövsüm proqnozlaşdırmaq olmaz".

Xatırladaq ki, Rahil Radom təmsilçisinin ötən tur Lodz səfərinin 41-ci dəqiqəsində rəqibi tutub saxladığı üçün komandasının qapısına penalti təyin edilib və yekunda "Radomiak" məğlub olub - 2:3.