"Qarabağ"ın rəqibi "sülh" bağladı

"Qarabağ"ın rəqibi "sülh" bağladı

Belçika Yupiler Liqasında 18-ci turun oyunları keçirilir.

mediasport.az xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Gent" evdə "Standard"la qarşılaşıb.

Gent təmsilçisi qolsuz bərabərliyə razılaşıb. Komanda 31 xalla 5-ci pillədədir. Lider "Genk"dən 15 xal geri qalırlar.

"Qarabağ" "Gent”lə ilk olaraq fevralın 16-da Bakıda, bir həftə sonra Belçikada üz-üzə gələcək.