İspaniya və İtaliya 2-ci finalçını müəyyən edəcək - Millətlər Liqası

İspaniya və İtaliya 2-ci finalçını müəyyən edəcək - Millətlər Liqası

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında "Dördlər finalı"nın ikinci yarımfinal görüşü keçiriləcək.

mediasport.az xəbər verir ki, İspaniya - İtaliya qarşılaşmasında finalçı Xorvatiyanın rəqibi müəyyənləşəcək.

Mərhələnin oyunları Niderlandda təşkil olunur. Xorvatiya meydan sahiblərinə əlavə vaxtda qalib gəlməklə (4:2) adını finala yazdırıb.


UEFA Millətlər Liqası. "Dördlər finalı". Yarımfinal


22:45 İspaniya - İtaliya

Baş hakim: Slavko Vinçiç (Serbiya)

Niderland, Enshede. "De Qrolş Veste" stadionu.