UEFA Millətlər Liqasında FİNAL: Xorvatiya İspaniyaya qarşı

UEFA Millətlər Liqasında FİNAL: Xorvatiya İspaniyaya qarşı

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında final və 3-cü yer uğrunda göüşlər keçiriləcək.

MediaSport.az xəbər verir ki, "Dördlər finalı"na ev sahibliyi edən Niderlandın milli komandası 3-cü yeri qazanmaq üçün İtaliya futbolçuları ilə qarşılaşacaq.

Qalib adı uğrunda isə Xorvatiya - İspaniya dueli olacaq.


UEFA Millətlər Liqası. “Dördlər finalı”


3-cü yer uğrunda oyun

17:00 Niderland – İtaliya

Baş hakim: Qlenn Nyberq

Niderland, "De Qrolş Veste" stadionu.


Final

22:45 Xorvatiya – İspaniya

Baş hakim: Feliks Zvayer

Niderland, "De Kuip" stadionu.