ÖZƏL! Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olmayacaq
Rövnəq Abdullayev 2 ay sonra AFFA-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək.
Mediasport.az saytına etibarlı mənbədən verilən məlumata görə, sabiq SOCAR rəhbərinin 5-ci dəfə federasiyaya prezident olmaq arzusuna razılıq verilməyib.
2008-ci ildən quruma rəhbərlik edən R.Abdullayevin futboldan da "təqaüdə" göndəriləcəyi gözlənilir.
58 yaşlı funksionerin geridə qalan 15 ildə Azərbaycan futbolunu uçuruma aparması yetkililəri bu addımı atmağa vadar edib.
AFFA prezidentliyinə namizədliyini irəli sürəcək şəxslərdən birinin kimliyi isə redaksiyamıza məlumdur.
Qısa dəqiqləşdirmədən sonra barəsində məlumat verəcəyik.
Bizi izləmədə qalın...