"Səbail" Türkiyədə

"Səbail" Türkiyədə

2023/2024-cü illər mövsümünə hazırlığını davam etdirən “Səbail” təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.

MediaSport.az xəbər verir ki, Bayıl təmsilçisi Ərzurumda “Polat Resort Palandöken Hotel”ində məskunlaşıb və bu gün axşam saatlarında ilk məşqinə çıxacaq.

"Dənizçilər" qardaş ölkədə "Ərzurumspor", "Konyaspor" və "Sivasspor"la yoldaşlıq oyunları keçirəcək.