Şahruddin Məhəmmədəliyevin komandası "Kasımpaşa"ya qarşı

Şahruddin Məhəmmədəliyevin komandası "Kasımpaşa"ya qarşı

Bu gün futbol üzrə Türkiyə Superliqasında 25-ci tura start veriləcək.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" evdə "Kasımpaşa"nı qəbul edəcək.

Çempionatın turnir cədvəlində "Kasımpaşa" 35 xalla 6-cı, Adana təmsilçisi 31 xalla 9-cu pillədə qərarlaşıb.

Türkiyə, Superliqa

21:00 "Adana Dəmirspor" - "Kasımpaşa"