"Qəbələ"dən 600 qol
“Qəbələ” futbol klubu Premyer Liqada 600-cü qolu vurub.
mediasport.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXVIII turuna təsadüf edib.
“Sabah”la səfər oyununda (2:3) komandanın ikinci qoluna imza atan Feras Abu Akal yubiley topunun müəllifi olub. Premyer Liqada 2006-cı ildə debüt edən “qırmızı-qaralar” 600 qoldan 317-ni evdə, 283-nü səfərdə vurub. “Qəbələ”nin ilk qolu 2006-cı ildə qeydə alınıb. Vüsal Qarayev İmişlidə “MKT-Araz”ın qapısına yol tapıb.
“Qəbələ”nin Premyer Liqada tarixi qolları:
Birinci qol – 2006-2007-ci il mövsümü
Vüsal Qarayev - 11.08.2006. “MKT-Araz” (İmişli) – “Gilan” (Qəbələ) - 4:1
100-cü qol – 2009-2010-cu il mövsümü
Kənan Kərimov - 09.02.2010. “Qəbələ” – “Turan” (Tovuz) - 1:0
200-cü qol – 2012-2013-cü il mövsümü
Lourival Assis - 03.11.2012. “Qəbələ” – “Neftçi” (Bakı) - 2:1
300-cü qol – 2014-2015-ci il mövsümü
Viktor Mendi – 05.04.2015. AZAL (Bakı) – “Qəbələ” – 0:4
400-cü qol – 2016-2017-ci il mövsümü
Tellur Mütəllimov – 19.03.2017. AZAL (Bakı) – “Qəbələ” - 1:1
500-cü qol – 2019-2020-ci il mövsümü
Rövlan Muradov - 01.03.2020. “Zirə” – “Qəbələ” - 1:2
600-cü qol – 2022-2023-cü il mövsümü
Feras Abu Akal – 02.04.2023. “Sabah” – “Qəbələ” - 3:2.