"Neftçi" ilin futbolçusu seçilmiş milli üzvünü transfer etmək istəyir
“Neftçi”nin transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib.
Mediasport.az saytına verilən məlumata görə, bu, Qazaxıstanın "Astana" klubunda çıxış edən Maks Ebonqdur.
Paytaxt klubu Belarus millisinin 24 yaşlı yarımmüdafiəçisi ilə danışıqlar aparır.
Kamerun əsilli futbolçunun Qazaxıstan təmsilçisi ilə müqaviləsi dekabrın 31-də başa çatacaq.
O, 2020-ci ildən forma geyindiyi "Astana" ilə son mövsümdə ölkə çempionatının gümüş medallarını qazanıb. Qazaxıstan klubunda ümumilikdə 80 oyun keçirib, 7 qol vurub.
Belarusda 2023-сü ilin ən yaxşı futbolçusu seçilmiş Ebonq millinin heyətində AVRO-2024-ün seçmə mərhələsində doqquz matçda meydana çıxıb, 3 qolla yadda qalıb.
"Transfermarkt" futbolçunun qiymətini 1 milyon avro göstərib.