Rusiyalı "Formula 1" pilotu Yaponiya komandasında

Rusiyalı "Formula 1" pilotu Yaponiya komandasında

Rusiyalı "Formula 1" pilotu Daniil Kvyat Yaponiyada keçiriləcək “Super Formula” test sürüşündə yarışacaq.

Mediasport.az xəbər verir ki, o, dekabrın 6-dan 8-nə qədər Suzuka dövrəsində baş tutacaq test yürüşlərində “Nakajima Rasinq” komandasının tərkibində çıxış edəcək.

Yaponiya komandası 29 yaşlı pilotla müqavilə bağlamağı planlaşdırır. Razılıq əldə olunsa, Kvyat həm də WEC-də (“World Endurance Championship” – Dünya Dözümlülük Çempionatı) mübarizə aparacaq.