"Formula 1" Qran-Prisinə görə bu gündən paytaxtda yollar bağlanır

"Formula 1" Qran-Prisinə görə bu gündən paytaxtda yollar bağlanır

"Formula 1" Azərbaycan Qran-Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri aparılır.

Mediasport.az xəbər verir ki, buna görə də 24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.

Xatırladaq ki, 13-15 sentyabrda Bakıda "Formula 1" Azərbaycan Qran-Prisi 2024 keçiriləcək.