"Sabah" Azərbaycan çempionu oldu

"Sabah" Azərbaycan çempionu oldu

Azərbaycan Basketbol Liqasında 2022/2023-cü illər mövsümünün qalibi məlum olub.

mediasport.az xəbər verir ki, 5 görüşə müəyyənləşdirilən qalib “Sabah”dır.

Final seriyasının 5-ci dueli çərçivəsində “Sərhədçi” İdman Mərkəzində “Gəncə” ilə qarşılaşan paytaxt klubu dramatik qarşılaşmada çempionluğu əlavə vaxtda rəsmiləşdirib - 86:85.

Final seriyasının ən dəyərli oyunçusu (MVP) amerikalı Entoni Patti seçilib. Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (24 xal, 13 ribaund), “Gəncə”dən isə Kollin Törner (26 xal, 11 asist) olublar.