Yığma komandamız Tailandda beynəlxalq yarışda ikinci yeri tutub

  Yığma komandamız Tailandda beynəlxalq yarışda ikinci yeri tutub

Qadın basketbolçulardan ibarət 3x3 Azərbaycan milli komandası Tailandda baş tutan beynəlxalq yarışda iştirak edib.

Mediasport.az xəbər verir ki, təmsilçimiz finalda Almaniyanın "Zus" klubuna uduzub (15:17) və gümüş medalla kifayətlənib.

Qrup mərhələsinin son oyununda "Kratex Dream" (Filippin) klubuna 21:17 hesabı ilə qalib gələn milli 1/4 finalda "Sriracha Eagle" (Tailand) komandasını (21:11), yarımfinalda "Lotto"nu (Polşa, 17:16) mübarizədən kənarlaşdırıb.

Yığmamız buna qədər qrupda üç oyun keçirib, bir qələbə qazanıb.