"Düşünürəm ki, həmin matçda qələbə qazana biləcəyik" - Caber
Uzun müddətdir zədəsini sağaltmaqla məşğul olan “Neftçi”nin futbolçusu Ataa Caber sıraya qayıdıb.
Mediasport.az xəbər verir ki, Fələstin millisinin yarımmüdafiəçisi kollektiv məşqlərə başlayıb.
30 yaşlı orta sahə oyunçusu klubun mətbuat xidmətinə açıqlamasında artıq özünü yaxşı hiss etdiyini deyib:
"Yenidən oynamağa hazıram. Bərpa prosesi bir az çətin keçdi. Çünki sağaldıqdan sonra çıxdığım ilk oyunda eyni yerdən xəsarət almışdım. Eyni prosesi keçməli oldum. Üç aylıq fasilədən sonra bura qayıtdım. Hazırda kollektiv şəkildə “Qəbələ” ilə qarşıdakı oyuna köklənmişik. Düşünürəm ki, həmin matçda qələbə qazana biləcəyik. Ondan sonra növbəti qarşılaşma barədə danışmaq olar”.
Qeyd edək ki, martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.