Kapitan Abdullayev 100-ə çatdı
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 7-ci turunda "Turan Tovuz"u məğlub edib.
Mediasport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin kapitanı Vadim Abdullayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
O, 100 matçı 5 fərqli klubda keçirib. Yarımmüdafiəçi "Bakı"da 19, "Simurq"da 19, "Qəbələ"də 1, "Sabah"da 20, "Araz-Naxçıvan"da 41 dəfə şans qazanıb.
29 yaşlı futbolçunun yeganə qolu "Simurq"un heyətində qeydə alınıb.
Vadimin debütü 2012-ci mayın 5-də “Bakı” – “Neftçi” qarşılaşmasında (2:0) gerçəkləşib.