Braziliyalı futbolçunun "Sumqayıt"dan gedəcəyi dəqiqləşdi

Braziliyalı futbolçunun "Sumqayıt"dan gedəcəyi dəqiqləşdi

Yeni mövsümün hazırlıqlarına start verən "Sumqayıt"da köklü dəyişikliklərin olacağı istisna edilmir.

Baş məşqçi Samir Abasov klubla müqaviləsi başa çatan futbolçuların hamısını göndərib yeni heyət qurmaq istəyir. Lakin klub rəhbərliyi ehtiyatlı olmağı tövsiyə edib. Mütəxəssisə bildirilib ki, əvvəlcə yola salınmalı futbolçuların yerini dolduracaq oyunçular tapılmalıdır.

mediasport.az saytı komandadan ayrılacaq adlardan birini dəqiqləşdirib. Bu, Ukayna "Kolos"undan icarəyə götürülən braziliyalı yarımmüdafiəçi Dieo Kariokadır. Abasov ən çox 25 yaşlı "sambaçı"nın performansından narazı qaldığı üçün onun haqqında artıq konkret qərar verilib.