"Sabah" yeni baş məşqçisini təqdim etdi - 2,5 İLLİK müqavilə bağlandı
“Sabah”da yeni baş məşqçi təyinatı gerçəkləşib.
Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi rusiyalı Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlayıb.
Gənc mütəxəssis Bakı təmsilçisinin "sükan"ı arxasında Krunoslav Renduliçi əvəzləyib.
Berezutski Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib.
2020-ci ildə ÇSKA-nın idman koordinatoru olub.
Futbolçu kimi Rusiya millisinin heyətində 101 oyun keçirmiş sabiq müdafiəçi peşəkar karyerası ərzində yalnız “Torpedo-ZİL" (Moskva) və ÇSKA (Moskva) klublarında forma geyinib.