Azərbaycan yığmasının üzvü milli komanda karyerasını başa vurdu

 Azərbaycan yığmasının üzvü milli komanda karyerasını başa vurdu

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Zaur Paşayev yığmadakı karyerasını başa vurub.

Mediasport.az xəbər verir ki, 41 yaşlı basketbolçu son oyununu dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrə ilə matçda keçirib.

Hazırda "Quba"da forma geyinən Paşayev klub karyerasını davam etdirəcək.

O, karyerası ərzində “NTD-Devon”, “Qala”, “NTD-Tbilisi” (Gürcüstan), “Araz-NTD”, “Kutaisi” (Gürcüstan) və “Cəlilabad”da çıxış edib.

Zaur Paşayev iki dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.