"Qarabağ"ın Avropa Liqasında rəqibi ev qələbəsinə sevindi
UEFA Avropa Liqasının əsas mərhələsində “Qarabağ”a rəqib olacaq FKSB Rumıniya çempionatında 17-ci turun oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Buxarest təmsilçisi “Unirya” ilə qarşılaşıb.
Paytaxt klubu ev qələbəsinə sevinib - 3:0.
FKSB hazırda 27 xalla 4-cü pillədədir.
Azərbaycan çempionunun rumınlarla 7-ci tura təsadüf edəcək dueli 2025-ci il yanvarın 23-də Bakıda baş tutacaq.