SON DƏQİQƏ xəbəri! "Sabah" Renduliçlə yollarını ayırdı
“Sabah” klubu baş məşqçi Krunoslav Renduliçlə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Son olaraq "Turan Tovuz"la heç-heçə (1:1) edən komanda Premyer Liqada 14 tura 19 xal toplamaqla 5-ci yerdə qərarlaşıb və lider "Qarabağ"dan 15 xal geri qalır.
Xatırladaq ki, Masazır təmsilçisi 51 yaşlı məşqçi ilə bu il martın 5-də 1,5 illik müqavilə bağlamışdı.