Azərbaycanın Milli Qəhrəmanının qardaşına AFFA-da vəzifə verildi

Azərbaycanın Milli Qəhrəmanının qardaşına AFFA-da vəzifə verildi

Bugünlərdə "Sabah"dan ayrılan qapıçılar üzrə məşqçi Vitali Kovalyovun yeni iş yeri məlum olub.

Mediasport.az xəbər verir ki, o, AFFA-nın qapıçılar üzrə maarifləndirmə kursunun baş təlimatçısı təyin edilib.

Bu haqda federasiyadan redaksiyamıza məlumat verilib.

Kovalyov futbolçu karyerası ərzində “İnşaatçı” (Bakı), “ANS Pivani”, “Neftçi”, “Şəfa”, “Ümid”, “Qarabağ”, “MKT Araz”, “Standart”, “Karvan” kimi komandaların şərəfini qoruyub, İranda (”Traktorsazi”) və Türkiyədə (”Kartalspor”) legioner həyatı yaşayıb.

Məşqçilik karyerasında məhz “Sabah”dakı fəaliyyəti ilə tanınıb. Son 6 altı ili Masazır təmsilçisində keçirib (Sportinfo.az).

Xatırladaq ki, mütəxəssis Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qardaşıdır.

Birinci Qarabağ müharibəsinin qəhrəmanı 1991-ci il oktyabrın 3-də Xocavənd rayonunda şəhid olub.