Asiyada oynayan yığmamızın futbolçusu: "Birlikdə bacardıq"
"Bunun nə qədər çətin olduğunu təsvir etmək asan deyil, amma birlikdə bacardıq".
Mediasport.az xəbər verir ki, bu fikirlər Cənubi Koreyanın “Daejon Hana Sitizen” klubunda çıxış edən Azərbaycan yığmasının futbolçusu Anton Krivotsyuka məxsusdur.
26 yaşlı müdafiəçi sosial şəbəkə hesabında paylaşım edərək yeni başa çatan Yüksək Liqa (K1) haqqında təəssüratlarını bölüşüb:
"2024-ci il mövsümü başa çatdı. İş bitdi. İl ərzində azarkeşlərin dəstəyi böyük idi. Növbəti mövsümə yaxşı hazırlaşacağıq. Birlikdə böyük hədəflərə çatmaq istəyirik. Cənubi Koreyanın ən yaxşı azarkeşləri olan belə klubu təmsil etdiyim üçün fəxr edirəm".
Qeyd edək ki, “Daejon Hana Sitizen” 10 klubun yarışdığı liqada mövsümü 48 xalla 8-ci pillədə başa vuraraq çümpionatdakı yerini qoruyub.