"Sabah"da 4 itki var

"Sabah"da 4 itki var

"Sabah" Premyer Liqanın 31-ci turununun "Kəpəz"lə səfər görüşündə meydana itkilərlə çıxacaq.

Mediasport.az xəbər verir ki, müdafiəçi Maruan Hadudi cəzalı durumdadır.

Mərakeşli futbolçu mövsümdə 4-cü dəfə sarı vərəqə görüb. Yarımmmüdafiəçilər Kristian Sebalyos, Vensan Till və Jarl Marqarita isə zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Kəpəz" - "Sabah" qarşılaşması sabah saat 16:30-da Tovuz şəhər stadionunda keçiriləcək.