Monteneqro millisinin daha bir üzvü Azərbaycanda - RƏSMİ

Monteneqro millisinin daha bir üzvü Azərbaycanda - RƏSMİ

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Mediasport.az xəbər verir ki, "kimyaçılar" son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış etmiş Monteneqro millisinin üzvü Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalayıb.

27 yaşlı hücumçu "Sumqayıt"da 9 nömrəli formada çıxış edəcək.

O, 2020-ci ildən dəvət aldığı yığmada 5 oyun keçirib, 1 qol vurub. "Qarabağ"ın üzvləri - Marko Veşoviç və Marko Yankoviçlə millidən komanda yoldaşıdır.

Qeyd edək ki, “Sumqayıt” bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.