"Fənərbağça" milli komandaya oyunçu göndərməkdən imtina etdi
"Panathinaikos"un və basketbol üzrə Türkiyə millisinin baş məşqçisi Ergin Atamanın əl jestinə "Fənərbağça" İdman Klubunun cavabı gecikməyib.
Mediasport.az xəbər verir ki, Yunanıstan klubu ilə "Qalatasaray" arasında keçirilən yoldaşlıq görüşünün ardından mütəxəssisin tribunalara "sarı-qırmızılar"ın Türkiyə Superliqasının 6-cı turunda "Fənərbağça"nı İstanbul derbisində məğlub etməsini (3:1) işarə edib.
Bunun ardından "Fənərbağça"nın yaydığı bəyanatda Ergin Atamanın baş məşqçi olduğu dövrdə klubun yığmaya oyunçu göndərməyəcəyi qeyd olunub.