"Sabah"ın futbolçusu Gürcüstana qol vurdu
“Sabah”ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukraynanın U-21 millisinin heyətində növbəti yoldaşlıq oyununu keçirib.
mediasport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin komandası Gürcüstan yığması ilə qarşılaşıb.
"Tengiz Burcanadze" adına stadionda keçirilən matçda start heyətində meydana çıxan Kaşuk 63-cü dəqiqədə komandasını hesabda önə çıxarsa da, meydan sahibləri 7 dəqiqə sonra tarazlığı bərpa ediblər - 1:1.