Tofiq Bəhramov adına Respublika stadionunda anşlaq olacaq

 Tofiq Bəhramov adına Respublika stadionunda anşlaq olacaq

Noyabrın 9-da UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununda anşlaq yaşanacaq.

Klubdan Mediasport.az saytına verilən məlumata görə, bu saata olan məlumata əsasən 24 min bilet satılıb.

Bilet satışı davam edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

”Changan Azerbaijan”da isə VIP və CAT 1 biletlər satılacaq.

Qarşılaşma Bakı vaxtilə saat 21:45-da başlanacaq.