Elçin Məsiyev "Panatinaikos"un Konfrans Liqası matçında olacaq
FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, Konfrans Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək "Boraç" (Bosniya və Herseqovina) - "Panatinaikos" (Yunanıstan) oyununun baş hakimi olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Beniot Millot olacaq.
3 oktyabrda Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.