"Araz-Naxçıvan" klubunun keçmiş baş məşqçisi dünyasını dəyişib

"Araz-Naxçıvan" klubunun keçmiş baş məşqçisi dünyasını dəyişib

"Araz-Naxçıvan" klubunun sabiq baş məşqçisi Hafiz Əliyev dünyasını dəyişib.

Mediasport.az xəbər verir ki, bu barədə Muxtar Respublika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hafiz Əliyev Naxçıvan təmsilçisini 1983-85-ci illərdə çalışdırıb.

O, müxtəlif illərdə Naxçıvan Futbol Federasiyasının baş katibi olub.