Çempionlar Liqası: "Qalatasaray" pley-offun cavab görüşünə çıxır

Çempionlar Liqası: "Qalatasaray" pley-offun cavab görüşünə çıxır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start veriləcək.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə üç qarşılaşma keçiriləcək.

Raundun digər matçları sabah oynanılacaq.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab matçları


23:00 "Qalatasaray" (Türkiyə) - "Yanq Boys" (İsveçrə)

23:00 "Sparta" (Praqa, Çexiya) - "Malmö" (İsveç)

23:00 "Zalsburq" (Avstriya) - "Dinamo" (Kiyev, Ukrayna)