Musanın komandası Superliqada növbəti qarşılaşmasını keçirəcək

  Musanın komandası Superliqada növbəti qarşılaşmasını keçirəcək

Futbol üzrə İsveç Superliqasında 3-cü turun görüşləri keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Musa Qurbanlının komandası "Yurqorden" evdə "Sirius"la qarşılaşacaq.

"Yurqorden" hazırda turnir cədvəlində 2 oyundan sonra 4 xalla 7-ci pillədədir.

İsveç Superliqası. 3-cü tur

14 aprel

"Yurqorden" - "Sirius"

"Tele2 Arena", 18:30