Şahruddinin komanda yoldaşı Andre Ter Ştegeni geridə qoyub
Cari mövsüm Avropanın TOP futbol liqalarında və Türkiyə çempionatında uzun müddət qapısını toxunulmaz saxlayan qapıçıların adları müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Superliqanın 3 təmsilçisinin qolkiperi siyahıda yer alıb.
İngiltərə Premyer Liqası klublarının heç bir təmsilçisi "10-luğ"a düşməyib.
Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor"un digər qolkiperi Ertaç Özbir 9-cu olub. O, "Barselona"nın almaniyalı üzvü Mark Andre Ter Ştegeni geridə qoyub.
Ən az qol buraxan qapıçılar:
1. Marçin Bulka - "Nitsa" (10 oyun)
2. Yan Sommer - "İnter" (9 oyun)
3. Fernando Muslera - "Qalatasaray" (8 oyun)
4. Lukas Çevalye - "Lill" (8 oyun)
5. Voysex Şensni - "Yuventus" (7 oyun)
6. Canluici Donnarumma - PSJ (7 oyun)
7. Pau Lopes - "Marsel" (7 oyun)
8. Dominik Livakoviç - "Fənərbağça" (6 oyun)
9. Ertaç Özbir - "Adana Dəmirspor" (6 oyun)
10. Mark-Andre ter Ştegen - "Barselona" (6 oyun)