"Mançester Siti"nin futbolçusu ötən ilin ən yaxşısı seçilib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin ən yaxşı pleymeykerlərinin adlarını açıqlayıb.
Mediasport.az xəbər verir ki, "Mançester Siti" yarımmüdafiəçisi Kevin de Bruyne üçüncü dəfə rəqiblərini qabaqlayıb.
181 xal toplayan belçikalı oyunçu 2020 və 2021-ci ildən sonra yenidən öz mövqeyinin ən yaxşısı seçilib.
5 dəfə ilin pleymeykeri yarışında birinci olan argentinalı Lionel Messi bu dəfə ikinci yerdə qərarlaşıb (100 xal).
İlk "3-lüy"ü De Bruynenin komanda yoldaşı Bernardo Silva (78 xal) tamamlayıb.
Ötən ilin ən yaxşı pleymeykerləri:
1. Kevin de Bruyne ("Mançester Siti") - 181 xal
2. Lionel Messi ("İnter Mayami") - 100
3. Bernardo Silva ("Mançester Siti") - 78
4. Cud Bellingem ("Real") - 70
5. Martin Odeqard ("Arsenal") - 18
6. Camal Musiala ("Bayern") - 17
7. Toni Kroos ("Real") - 15
8. Pedri ("Barselona") - 12
9. Federiko Valverde ("Real") - 11
10. Bruno Fernandes ("Mançester Yunayted") - 10