Asiya Çempionlar Liqası: "Əl-Hilal" yarımfinalın ilk oyununa çıxacaq

  Asiya Çempionlar Liqası: "Əl-Hilal" yarımfinalın ilk oyununa çıxacaq

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilir.

Mediasport.az xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal" Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi "Əl-Əyn"lə üz-üzə gələcək.

Bu mərhələnin digər oyununda "Ulsan" (Cənubi Koreya) "Yokohama" (Yaponiya) ilə qarşılaşacaq.

Asiya Çempionlar Liqası. 1/2 final. İlk oyun


"Əl-Əyn" - "Əl-Hilal"

"Həzza Bin Zayed" Stadionu, 20:00.