Maradona 5-ci Liqa klubu ilə 1 mövsümlük müqavilə bağladı

  Maradona 5-ci Liqa klubu ilə 1 mövsümlük müqavilə bağladı

Əfsanəvi Dieqo Armando Maradonanın oğlu Sinaqra Maradona İspaniya 5-ci Liqa klubunun baş məşqçisi təyin edilib.

Mediasport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis “İbarra” ilə anlaşıb.

Argentinalı ilə mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə bağlanıb.

O, daha əvvəl İtaliyanın həvəskarlardan ibarət “Napoli Yunayted”, “Pompey” və “Montekalçio” komandalarında işləyib.

Futbolçu kimi İtaliyanın aşağı liqa klublarında oynamış Junior Maradona bu ölkənin U-17 yığması və çimərlik futbolu üzrə əsas milli komandasında forma geyinib.