Afrika Millətlər Kuboku yarışına ev sahibliyi edəcək ölkə müəyyənləşib

Afrika Millətlər Kuboku yarışına ev sahibliyi edəcək ölkə müəyyənləşib

Futbol üzrə Afrika Millətlər Kubokuna 2025-ci ildə ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Mediasport.az xəbər verir ki, turnir Mərakeşdə keçiriləcək.

Növbəti yarış yayda təşkil olunacaq. İlkin razılaşdırılmış tarix 20 iyul - 17 avqust aralığını əhatə edir.

Qeyd edək ki, AMK adətən yanvarda başlanır.

Sonuncu turnir bu il Kuboku Kot-d'İvuarın 5 şəhərinin altı stadionunda (Abican, Buake, Korhoqo, San Pedro, Yamoussoukro) keçirilib və ev sahibi milli qalib adını qazanıb.

Nigeriya yığması ikinci, CAR üçüncü yeri tutub.