"Qarabağ" 10-cu dəfə ölkə çempionu olmaqla titul sayında "Neftçi"yə çatdı

"Qarabağ" 10-cu dəfə ölkə çempionu olmaqla titul sayında "Neftçi"yə çatdı

Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün qalibi “Qarabağ” tarixinin 18-ci titulunu qazanıb.

mediasport.az xəbər verir ki, Ağdam klubu 10-cu dəfə ölkə çempionatının qızıl medallarına yiyələnib.

Qurban Qurbanovun komandası 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020 və 2021/2022-ci illər mövsümlərində çempionluğu bayram edib.

“Qarabağ”ın hesabında 7 kubok (1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022) və 1 Superkubok (1993) da var.

Ağdamlılar bununla da titul sayında Azərbaycan rekordunu təkrarlayıb. “Neftçi”nin də hesabında 18 titul var. Bakı klubu 9 çempionluq, 6 kubok, 2 Superkubok və 1 “Birlik kuboku” qazanıb.