"Zirə" Türkiyəyə getdi

"Zirə" Türkiyəyə getdi

"Zirə" komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanıb.

MediaSport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv hazırlıq prosesində Boluda məskunlaşacaq.

Qəsəbə təmsilçisi burada üç yoxlama oyunu keçirəcək. "Qartallar" Bakı toplanışı çərçivəsində 1 matçda qüvvəsini sınayıb və "Kəpəz"ə qalib gəlib - 2:1.