"Səbail"də əlamətdar yubiley

"Səbail"də əlamətdar yubiley

Premyer Liqanın 20-ci turu “Səbail”in futbolçusu Cabir Əmirli üçün yubileylə əlamətdar olub.

mediasport.az xəbər verir ki, 26 yaşlı müdafiəçi çempionatda 100-cü oyununu keçirib. Bu, “Kəpəz”lə ev matçına təsadüf edib.

Cabir 100 qarşılaşmada 2 qola imza atıb. Premyer Liqada 2016/17-ci illər mövsümündə debüt edən müdafiəçi bu müddətdə 4 klubun formasını geyinib. “Keşlə”də 45 (1 qol), “Səbail”də 44 (1) dəfə şans qazanan arxa xətt oyunçusu “Sumqayıt”da 7, “Neftçi”də 4 oyuna çıxıb.

Bu qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Bakı klubu qələbəsiz oyunlar və məğlubiyyət seriyalarına son qoyub. Sonuncu dəfə 2022-ci oktyabrın 8-də “Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn “Səbail” 115 gündən sonra 3 xal qazanıb. Bu müddətdə 10 qələbəsiz matç keçirən komanda 2 heç-heçədən sonra ardıcıl 8 dəfə uduzub.