"Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar"

"Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar"

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 17-ci turunun “Zirə” ilə ev heç-heçəsindən sonra oyun haqda fikirlərini bölüşüb.

mediasport.az xəbər verir ki, mütəxəssis 1 xala görə komandasını təbrik edib. Əsgərov deyib ki, futbolçuları çətin görüşdə xal qazandılar.

- “Zirə” topla möhtəşəm oynayan kollektivdir. Onlardan bir xal almağımız hər şey demək deyil. Amma sevindirici odur ki, heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar. Belə görüşlərin sayı çox olsa, futbolçular daha yaxşı inkişaf edərlər. Gənc, təcrübəsiz heyətimiz var. Mövsümün əvvəlindəki zəif nəticələr bu mənada başadüşülən olmalıdır. Oyundan-oyuna komandamızın təcrübəsi artır. İnanıram ki, bundan da yaxşı nəticələrimiz olacaq. Çünki çox perspektivli futbolçularımız var”.