"Neftçi" - "Qarabağ" oyununu idarə edəcək hakimlər açıqlanıb

"Neftçi" - "Qarabağ" oyununu idarə edəcək hakimlər açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun oyunlarına hakim təyinatları açıqlanıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan derbisini FİFA referisi Elçin Məsiyev idarə edəcək.


Azərbaycan Premyer Liqası. 25-ci tur


1 mart (cümə)

16:00. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


2 mart (şənbə)

16:00. “Zirə” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Zirə İdman Komoleksinin stadionu


18:30. “Sabah” – “Araz-Naxçıvan”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

“Bank Respublika Arena”


3 mart (bazar)

16:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Qəbələ şəhər stadionu


19:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.

Hakim-inspektor: Barış Şimşək.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

“Neftçi Arena”