Son turda rekord qeydə alınıb
Azərbaycan Premyer Liqasının XXXVI turunda azarkeş rekordu qeydə alınıb.
Mediasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, son turun oyunlarını 24 300 tamaşaçı izləyib.
Bu isə mövsümün mütləq rekordudur. Bunadək ən yüksək göstərici XXXII tura təsadüf edib – 13 800 izləyici.
Ümumilikdə isə çempionatın 180 matçında 276 487 tamaşaçı olub. Orta hesabla hər oyunu 1536 azarkeş izləyib.
XXXII turun “Sumqayıt” – “Qarabağ” və XXXVI turun “Sumqayıt” – “Qəbələ” görüşlərini rekord sayda – 9300 nəfər izləyib. XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.