"Turan Tovuz" stadionunun işıq problemi nə vaxt həll ediləcək?

"Turan Tovuz" stadionunun işıq problemi nə vaxt həll ediləcək?

"Artıq 20 gün olar işıqlandırmayla bağlı işlərimiz gedir. Yeni dirəklər alınaraq Tovuzda stadionun ərzisinə gətirilib".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Turan Tovuz"un İdarə Heyətinin sədr müavini Əli Babakişiyev deyib.

Qərb təmsilçisinin rəsmisi yeni mövsümə qədər işıqlandırma probleminin tam həll ediləcəyini qeyd edib:

"Projektor problemimiz, inşallah, qarşıdakı mövsümün startınadək aradan qaldırılacaq. Stadionumuzda işıqlandırma tam hazır olacaq. Ev oyunlarımızı axşam saatlarında keçirə biləcəyik".

Xatırladaq ki, ötən mövsüm Azərbaycan Premyer Liqasının 18-ci turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" (3:1) görüşü güclü külək səbəbilə aşan işıq dirəyinə görə yarımçıq dayandırılmışdı.

Rövşən Əlisoy