"Səbail"in sabiq üzvü ABŞ klubu ilə müqavilə bağlayıb - FOTO
2020/2021-ci illər mövsümündə "Səbail"də 26 matç keçirmiş Nikolas Hagenin yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 28 yaşlı qapıçı karyerasını MLS-də davam etdirəcək.
27 yaşlı qvatemalalı qolkiper ABŞ-nin "Kolumbus Kryu" klubu ilə müqavilə bağlayıb.
Hagen Azərbaycandan ayrılandan sonra Norveçin "Hamarkameratene" və İsrailin "Bney Saxnin" komandalarında forma geyinib.