"Parni iz Baku" teatrının məşhur siması və rejissoru "Neftçi"də
Tanınmış aktyor, rejissor Ələkbər Əliyev "Neftçi"də işləyəcək.
Mediasport.az saytına verilən məlumata görə, "Parni iz Baku" KVN teatrının siması paytaxt klubunun mətbuat xidmətində çalışacaq.
O, "ağ-qara" klubda sosial şəbəkələr üzrə məsləhətçi funksiyasını yerinə yetirəcək. Əliyevdən başqa, kinoaktyor və dramaturq Kamran Ağabalayev də bakılılarla əməkdaşlıq edəcək. Sonuncunun əsas işi Kommunikasiya departamentində olacaq.
Qeyd edək ki, "Neftçi"nin strukturu - yeni idarəetmə sistemi dünən təsdiqlənib.