"Sabah"da növbəti VİDA - RƏSMİ

"Sabah"da növbəti VİDA - RƏSMİ

“Sabah” daha bir futbolçusu ilə vidalaşıb.

Mediasport.az xəbər verir ki, Masazır təmsilçisi hücumçu İshaq Belfodillə yollarını ayırıb.

Əlcəzairli oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, İ.Belfofil ötən ilin yayında "Sabah" keçmişdi.

Krunoslav Renduliçin komandasını bu yay Davit Volkov, Kristian Sebalyos, Rauf Rüstəmli, Kristian da Silva, Maruan Hadudi, Emmanuel Apeh, Veysəl Rzayev və Jarl Marqarita tərk edib.