Orxan Sadıqlı "Sumqayıt"da - RƏSMİ
Son mövsümü “Kəpəz”də keçirmiş qapıçı Orxan Sadıqlı karyerasını "Sumqayıt"da davam etdirəcək.
mediasport.az xəbər verir ki, qolkiperlə ilə 2 illik müqavilə bağlanıb.
30 yaşlı "çərçivə" qoruyucusu 2018/2019-cu illər mövsümündə də "gənclik şəhəri" təmsilçisinin formasını geyinib. O, karyerası ərzində “Xəzər Lənkəran”, “İnter” və “Zirə”nin də uğurları üçün də çalışıb.