"Sabah" Çexiyaya yollanıb
FİBA Avropa Kubokunun müntəzəm çempionatında mübarizə aparan "Sabah" basketbol klubu növbəti oyun üçün Çexiyaya yollanıb.
Mediasport.az xəbər verir ki, təmsilçimiz Praqada D qrupunun 3-cü turu çərçivəsində "Nimbruk"un qonağı olacaq.
Noyabrın 1-də keçiriləcək görüş Bakı vaxtilə saat 21:30-da başlanacaq və "İctimai" televiziya vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandamız ilk iki qarşılaşmada məğlub olub - "Sabah" Monteneqroda "Mornar"a, Bakıda "Bağçaşəhər" (Türkiyə) klublarına uduzub.