Günay Məmmədzadə Kipr sınağında

Günay Məmmədzadə Kipr sınağında

Bu gün Kiprin Nikosiya şəhərində qadınlar arasında şahmat üzrə FİDE Qran-prisinin dördüncü mərhələsi start götürəcək.

mediasport.az xəbər verir ki, yarışda ölkəmizi yığmamızın lideri Günay Məmmədzadə təmsil edəcək.

Turnirdə Nana Dzaqnidze, Bella Xotenaşvili (hər ikisi Gürcüstan), Aleksandra Kostenyuk (İsveçrə), Tan Çonqyi (Çin), Bibisara Assaubayeva (Qazaxıstan), Harika Dronovalli (Hindistan), Aleksandra Qoryaçkina, Yekaterina Laqno, Polina Şuvalova (hamısı FIDE), Dinara Vaqner (Almaniya) və Oliviya Kiolbasa (Polşa) da mübarizə aparacaq.

4 mərhələdən ibarət olacaq Qran-pri iştirakçılara reytinq xalları qazandıracaq və seriyanın sonunda ən yaxşı iki şahmatçı Namizədlər Turnirinə vəsiqə qazanacaq.


1-ci tur

Oliviya Kiolbasa (Polşa) - Günay Məmmədzadə

Harika Dronovali (Hindistan) - Bibisara Assaubayeva (Qazaxıstan)

Dinara Vaqner (Almaniya) - Aleksandra Qoryaçkina (FIDE)

Nana Dzaqnidze (Gürcüstan) - Bella Xotenaşvili (Gürcüstan)

Aleksandra Kostenyuk (İsveçrə) – Tan Çonqyi (Çin)

Katerina Laqno (FIDE) – Polina Şuvalova (FIDE)